Regionlarda qadın fermerlərlə görüşlərə start verilib

Regionlarda qadın fermerlərlə görüşlərə start verilib

AFAQ layihəsi çərçivəsində 18-19 noyabr tarixlərində Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarında aqrar sahədə fəaliyyət göstərən qadın fermerlərlə görüş keçirilib. Görüşdə iştirakçılara layihə barədə ətraflı məlumat verilib, layihənin məqsədi və görüləcək işlər haqqında təqdimat nümayiş olunub. Eyni zamanda, nümayəndə heyəti təsərrüfatları barədə qadın fermerlərdən ətraflı məlumat alıb, onların ehtiyaclarını müəyyənləşdirib. Qeyd edək ki, 28 noyabr tarixinədək daha 11 regionda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərlə görüş keçiriləcək.

Paylaş?

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on linkedin
Share on Linkdin
Share on telegram
Share on Linkdin