“AFAQ” layihəsi “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən layihədir. Layihə çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer qadınlara bilik və bacarıqlarının artırılması üçün təlimlər keçiləcək. Eyni zamanda əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında seçilmiş təsərrüfatlara konsultasiya və texniki dəstək göstəriləcəkdir.

Layihə çərçivəsində öz təsərrüfatını yaratmaq və ya inkişaf etdirmək istəyən qadın fermerlər afaq.az saytına daxil olaraq Bizə qoşul bölməsindəki müraciət formasını doldurmalı və ya +994504008899 nömrəsi ilə əlaqə saxlamalıdırlar.

“AFAQ” layihəsinə qoşulmaq barədə müraciətinizdən sonra əməkdaşlarımız sahibi olduğunuz təsərrüfat sahəsinə baxış keçirəcəklər. Aqrar fəaliyyətli fermer qadınların təsərrüfatları qiymətləndirilib ehtiyacları qeydə alınaraq dəyərləndiriləcək. Layihə çərçivəsində bütün iştirakçı qadınlar peşəkar təlimçilər tərəfindən veriləcək təlim proqramlarına ödənişsiz qoşulmaq imkanı qazanacaqlar. Konsultasiya və texniki dəstək imkanından isə yalnız təsərrüfat sahibi olan fermer qadınlar yararlana biləcəklər.

Layihə çərçivəsində birbaşa maddi dəstək nəzərdə tutulmayıb. AFAQ-a qoşulan qadınlar informasiya, bilik və bazarlara çıxış imkanlarını yaxşılaşdıracaq, biznes, marketinq və e-ticarət sahəsindəki bacarıqlarını inkişaf etdirəcəklər.

“AFAQ” layihəsinə qoşularaq qadın fermerlər peşəkar mütəxəssislərdən faydalı məsləhətlər əldə etməklə öz təsərrüfatlarını yarada və ya inkişaf etdirə bilərlər. Eyni zamanda layihəyə qoşulan qadın fermerlər digər AFAQ-çılarla bilik və təcrübə mübadiləsi etmək imkanı qazanacaqlar.

Layihə çərçivəsində veriləcək ödənişsiz təlimlərdə öz təsərrüfatı olan və ya öz təsərrüfatını yaratmaq istəyən bütün qadınlar iştirak edə bilərlər. Texniki dəstək və konsultasiya xidmətlərinin isə yalnız təsərrüfat sahibi olan qadın fermerlərə göstərilməsi nəzərdə tutulub.

Bəli. Kənd təsərrüfatının bütün fəaliyyət sahələri ilə məşğul olan qadınlar layihəyə qoşula bilərlər.

“AFAQ” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın fermerlərin sahibkarlığa təşviqini hədəfləyən və bunun üçün onlara maarifləndirmə, məsləhət və texniki dəstək göstərən sosial layihədir.

Afaq.az saytı üzərindən qeydiyyyatdan keçdikdən sonra əməkdaşlarımız müraciət formasında qeyd etdiyiniz telefon nömrəsi ilə əlaqə saxlayacaqlar. Bu səbəbdən qeydiyyatdan keçərkən nömrənizin düzgünlüyündən əmin olun.

Ödənişsiz təlimlərdə peşəkar təlimçilərdən təsərrüfatınızın inkişaf etdirilməsi ilə bağlı məsləhətlər alacaqsınız. Həmçinin konsultasiya xidməti və texniki dəstəkdən yararlanaraq bilik və bacarıqlarınızı artıra, aqrar sahədə sahibkar qadına çevrilə bilərsiniz.

“AFAQ” layihəsinə qeydiyyatdan keçən bütün fermerlər təlimlərdə iştirak üçün dəvət olunacaqlar. Ödənişsiz veriləcək təlimlərin vaxtları barədə məlumat almaq üçün afaq.az vebsaytını və AFAQ-ın sosial media hesablarını izləyin.

Load More