Haqqımızda

AFAQ layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən təşəbbüs göstərilən layihədir.
Rəsmi statistikaya görə Azərbaycanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində çalışan qadınların payı 21% təşkil edir. Bununla belə, onlar gender bərabərsizliyi səbəbilə yaranan çətinliklər, istehsal resurslarına (toxum, gübrə, pestisid, texnika və s.) çıxışın zəif olması, qadınların əkin və yetişdirmə üzrə kifayət qədər metodoloji məlumatlara sahib olmaması, maliyyə resurslarına çıxış imkanlarının zəif olması, bazar infrastrukturnun zəif inkişafı, qeyri-formal məşğulluq, üçqat artıq iş yükü, sosial xidmətlərə zəif çıxış imkanı kimi bir sıra problemlərlə üzləşirlər. Qadınların istehsal və maliyyə resurslarından istifadə imkanları, əlverişli satış yerlərinin olmaması da qadınların fəaliyyətlərini genişləndirməyə mane olan amillərdəndir.
Bu nöqteyi-nəzərdən, layihə qadınların kənd təsərrüfatına əsaslanan biznes fəaliyyətlərini inkişaf etdirmək üçün informasiya, bilik və digər imkanlara çıxışını yaxşılaşdıracaqdır və həm özlərinin, həm də ailələrinin və kənd icmalarının dolanışıq səviyyələrinin dayanıqlı şəkildə inkişafına şərait yaradacaqdır.